Qalmaqallı prezident özünü Stalinə oxşatdı

Qalmaqallı prezident özünü Stalinə oxşatdı
  18 Sentyabr 2017    Oxunub:2352
Venesuela prezidenti Nikolas Maduro hesab edir ki, onunla İosif Stalin arasında oxşarlıqlar var.

AzVision.az xəbər verir ki, prezident bu barədə “Maduro ilə bazar günü” verişində bildirib.
“Dünyada məni karib Stalini hesab edən şəxslər var. Mən ona bənzəyirəm. Profilimə bir baxın. Bəzən mən güzgüyə baxıram və Stalinə oxşadığımı görürəm”, - deyə Maduro bəyan edib.

Venesuela lideri, həmçinin bəyan edib ki, onu tənqid edən dünya liderləri öz ölkələrində daha sərt metodlardan istifadə edirlər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Venesuela   Maduro   Stalin  





Xəbər lenti