Ərdoğan xanımı ilə ABŞ-a gedib

Ərdoğan xanımı ilə ABŞ-a gedib
  18 Sentyabr 2017    Oxunub:1311
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan BMT Baş Məclisinin 72-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanı hava limanında xarici işlər naziri Mövlüd Çavuşoğlu, Türkiyə Respublikasının BMT-dəki daimi nümayəndəsi Feridun Siniroğlu, Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç, Nyu-Yorkdakı baş konsol Ertan Yalçın və xanımı Başak Yalçın qarşılayıb.

Ərdoğanı səfərdə Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar, Baş nazirin köməkçisi Rəcəb Akdağ, ədliyyə naziri Abdulhamit Gül, Avropa İttifaqı üzə naziri Ömər Çelik, iqtisadiyyat naziri Nihat Zeybekçi ilə enerji və təbii sərvətlər naziri Berat Albayrak müşayiət edir. Eyni zamanda Ərdoğan Tramp tərəfindən verilən dəvətdə də iştirak edəcək.

Türkiyə prezidentini Nyu-Yorkda qalacağı otelin qarşısında türklər qarşılayıb.

ABŞ polisi tərəfindən Ərdoğanın qaldığı otelin ətrafında mühafizə gücləndirilib, otelin yerləşdiyi küçədə isə hərəkət məhdudlaşdırılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Ərdoğan   Türkiyə  





Xəbər lenti