II Qaregin ermənilərə səsləndi: "Ölkənizə kömək edin!"

II Qaregin ermənilərə səsləndi: "Ölkənizə kömək edin!"
  18 Sentyabr 2017    Oxunub:2385
“Dar gündə vətəndən üz çevirmək olmaz”.

AzVision.az xəbər verir ki, bu, bütün ermənilərin Katolikosu II Qareginin Ermənistan Diasporunun 6-ci Forumunun iştirakçılarına göndərdiyi məktubunda bildirilib.
O, ölkəsində mövcud olan problemləri məktubunda açıq etiraf edib: “Ermənistanda işsizliyin səviyyəsi azaldılmalı, miqrasiya probleminin qarşısını almaq üçün təxirəsalınmaz addımlar atılmalıdır. Bu problemlərin həlli üçün hər bir erməni öz vətənindən üz çevirməməli, ona kömək etməlidir”.

Qeyd edək ki, Ermənistanda miqarsiya geniş vüsət alıb. Hökumət buna qarşı mübarizə apardığını bildirsə də, konkret olaraq işsizlik və sosial problemlərin həllində heç bir addım atmayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti