SSRİ Xalq Artisti vəfat edib

SSRİ Xalq Artisti vəfat edib
  18 Sentyabr 2017    Oxunub:2617
Məşhur opera müğənnisi, SSRİ Xalq Artisti Zurab Sotkilava Moskvada 80 yaşında vəfat edib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, 2015-ci ildə Zurab Sotkilavaya mədəaltı vəzinin xərçəngi diaqnozu qoyulub. O, əməliyyatdan sonra yenidən pedaqoji fəaliyyətini davam etdirib.

Qeyd edək ki, Sotkilava 1937-ci ildə Suxumidə anadan olub. O, Tbilisi konservatoriyasını bitirdikdən sonra 1973-cü ildən Moskva Böyük teatrında çalışıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: SSRİ   Xalq-artisti  





Xəbər lenti