Etirazçı ermənilər İrəvana gedən yolu bağladılar

Etirazçı ermənilər İrəvana gedən yolu bağladılar
  18 Sentyabr 2017    Oxunub:2516
Dünən Ermənistanda keçirilən etiraz aksiyası zamanı nümayişçilər Xaçardzan-Hağardzin kəndlərindən keçən yolu bağlayıblar. Həmin yol hələ də açılmayıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Tavuş vilayətindən keçən maşınlar İrəvana Çəmbərək yolu ilə getməli olublar.
Məlumata görə, İcevandan Çəmbərək rayonuna gedən yol da bağlıdır, avtomobillər Stepanavan yolu ilə İrəvana getmək üçün yarıyoldan geri, Noyemberyan rayonuna qayıdırlar.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, Xaçardzan kəndindən keçən yola daş tökülüb. Bu səbəbdən İcevandan Çəmbərək rayonuna gedən yol bağlıdır.

Hazırda əraziyə polislər cəlb olunub.

Alpər Mövludoğlu
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti