Erməni məmurun maşını qəzaya düşüb

Erməni məmurun maşını qəzaya düşüb
  18 Sentyabr 2017    Oxunub:3518
Ermənistanda İrəvan-Erasx avtomobil yolunda ağır yol qəzası baş verib.
AzVision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, “Hyundai Sonata” ilə “Volkswagen” markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar Masisdə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.



Qeyd olunub ki, qəzaya düşən “Hyundai Sonata” avtomobili İrəvan merliyinin balansındadır və merin müavini David Ohanyanın xidməti avtomobilidir. Qəza zamanı şəhər merinin müavini avtomobildə olmayıb. Sürücü və sərnişinlərin kimliyi haqqında məlumat verilməyib.

AzVision.az


Teqlər: Ermənistan   Qəza  





Xəbər lenti