Kürdlərin referendum keçirməsinə icazə verilmədi

Kürdlərin referendum keçirməsinə icazə verilmədi
  18 Sentyabr 2017    Oxunub:2693
İraq Konstitusiya Məhkəməsi Kürdüstan Muxtar Vilayətində müstəqillik haqqında referendum keçirilməsinin dayandırılması barədə qərar qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.

Qeyd edək ki, İraq Kürdüstanının hakimiyyət orqanları İraqdan ayrılmaq üçün referendum keçirmək qərarına gəliblər. Səsvermə sentyabrın 25-nə təyin edilib.

Daha əvvəl ABŞ-ın İraqdakı səfiri Duqlas Sillimanla görüşü zamanı İraq prezidentinin köməkçisi Nuri əl-Maliki bildirmişdi ki, İraqın şimalında ikinci İsrailin yaradılmasına imkan verməyəcəklər.

Nuri əl-Malikinin sözlərinə görə, referendum nə İraq xalqı, nə də kürd xalqlarının xeyrinədir və legitim hesab olunmayacaq.

İraqın baş naziri Heydər əl-Abadi isə bəyan edib ki, referendum ölkə konstitusiyasına ziddir və mərkəzi hakimiyyət tərəfindən tanınmayacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İraq   Referendum  





Xəbər lenti