Birinci sinfə şagird qəbulunun vaxtı uzadıldı
_1505735643.jpg)
Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim etməlidirlər. Sənədlər qəbul olunduqdan sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.
Qeyd edək ki, paytaxtın ümumi təhsil məktəblərində 2017-2018-ci dərs ili üçün I sinfə şagird qəbulu bu il martın 15-dən başlayıb. Bu vaxtadək proses artıq 2 mərhələdə həyata keçirilib. Dərslərin başlanmasına baxmayaraq, üzrlü səbəblərdən gecikən valideynlərin müraciətlərinin davam etdiyi nəzərə alınaraq, uşaqların I sinfə qəbulu üzrə elektron qeydiyyatın və məktəblərdə sənəd qəbulunun oktyabrın 15-dək aparılmasına dair qərar verilib.
Sentyabrın 18-nə olan məlumata əsasən isə, BŞTİ-nin nəzdindəki ümumi təhsil müəssisələrinin I sinfində 46951 şagird təhsil alır.
Aytən Zəhra
AzVision.az
Teqlər: Təhsil-nazirliyi şagird sənəd-qəbulu