Ermənistan prezidenti ABŞ-a gedib

  18 Sentyabr 2017    Oxunub : 1022
Ermənistan prezidenti ABŞ-a gedib

Ermənistan prezidenti Serj Sarkisyan ABŞ-a səfərə yola düşüb.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Prezident Administrasiyasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

Bildirilib ki, Sarkisyan Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak edəcək və orada çıxışı nəzərdə tutulub.

Səfər zamanı Sarkisyan BMT-nin Baş katibi ilə də görüşəcək.

Bəhlul Rzayev
AzVision.az

Teqlər: Ermənistan   Sarkisyan   ABŞ