“İbrahimbəyov çoxdan Milli Şuradan uzaqlaşıb”

“İbrahimbəyov çoxdan Milli Şuradan uzaqlaşıb”
  13 Sentyabr 2013    Oxunub:1237
“Rüstəm İbrahimbəyov çoxdan Milli şuradan uzaqlaşıb”
Bunu AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov Rüstəm İbrahimbəyovun London səfərindən danışarkən deyib.

S.Novruzov hesab edir ki, Rüstəm İbrahimbəyov öz ssenarisini qurur: “Milli Şura ilə tamamilə əlaqsəini kəsib. O, Milli şura üzərində özünün ssenarisini qurur”.

Qeyd edək ki, Milli Şura üzvləri ilə Londona səfər edəcəyini və orada C.Həsənli və E.Namazovla birlikdə bir sıra görüşlərdə iştirak edəcəyini bildirən R.İbrahimbəyov Londona getməyib.

İbrahimbəyov bildirib ki, Londona səfər etməkdən daha vacib işləri olduğu üçün İngiltərə paytaxtına getməyib: “Daha vacib işlərim çıxdı. Buna görə də Londona getmədim. Getməyəcəyəm”.


Fatimə kərimli


Teqlər:  





Xəbər lenti