İrəvanda siyasi məhbusun ailəsi həbs olunub

İrəvanda siyasi məhbusun ailəsi həbs olunub
  19 Sentyabr 2017    Oxunub:1601
Bu gün səhər saatlarında Ermənistanın paytaxtı İrəvanda Respublika meydanının yaxınlığında siyasi məhbus Karo Yeğnukyanın həyat yoldaşı və uşaqları - Hakop, Sime, Elmon Yeğnukyan polis tərəfindən həbs olunub.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, polis siyasi məhbusun ailəsinin yanında olan “Erməni Qadınları Cəbhəsi”nin üzvləri Ruzanna Yeğnukyan, Ağavni Sahakyan və Qeğetsik Tonoyanı da saxlayıb. Onlar Kentron inzibati rayon polis idarəsinə aparılıblar.

“Təsisçi parlament” katibliyindən bildirilib ki, onlar “Ermənistan-Diaspora” iclas işirakçılarının iştirakı ilə Jirayr Sefilyan və Karo Yeğnukyan haqqında broşuralar paylayarkən polis tərəfindən tutulub.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   İrəvan  





Xəbər lenti