Ali Məhkəmədən Əli İnsanovla bağlı açıqlama

Ali Məhkəmədən Əli İnsanovla bağlı açıqlama
  13 Sentyabr 2013    Oxunub:1263
“Avropa İnsan Hüquqları Məhkəməsinin Əli İnsanovun işi ilə bağlı qərarı Ali Məhkəməyə rəsmən daxil olmayıb”.
Bunu “Media forum”a açıqlamasında Ali Məhkəmənin media ilə əlaqə üçün məsul edilmiş hakimi Fərhad Kərimov deyib.

Hakim sentyabrın 2-də Ali Məhkəmədən “Media forum”a verilən məlumata da münasibət bildirib (Həmin məlumatda Əli İnsanovun işinə 15 gün ərzində baxılacağı qeyd olunurdu): “Mən başqalarının yerinə cavab verə bilmərəm. Başqa bir adamın rəsmi məlumat verməyə ixtiyarı yoxdur. O adam nahaq yerə məlumat verib. Qanunda göstərilir ki, Ali Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsindən göndərilən qərara 3 ay ərzində baxmalıdır. Amma təkrar edirəm ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Əli İnsanovun işi ilə bağlı qərarı Ali Məhkəməyə daxil olmayıb”.

Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiyada ittiham olunaraq 11 il azadlıqdan məhrumetmə cəzası alıb.

2013-cü il martın 14-də Əli İnsanovla bağlı qərarını açıqlayan Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib. Qərara əsasən, Azərbaycan hökuməti Əli İnsanova 10 min avro kompensasiya da ödəməlidir. Avropa Məhkəməsinin qərarı iyunun 14-də qüvvəyə minib.

Əli İnsanovun vəkili bəyan edib ki, Avropa Məhkəməsinin qərarı Ali Məhkəməyə təqdim olunub, lakin indiyədək iş Ali Məhkəmənin plenumuna çıxarılmır.



Teqlər:  





Xəbər lenti