Dünyada 40 milyon insan kölə kimi yaşayır
AzVision.az xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilkatının yaydığı bəyanatda bildirilib. BƏT araşdırmasını “Walk Free Foundation” və Beynəlxalq Miqrasiya Təşkilatına əsasən aparıb.
Köləlikdə olan insanların əksəriyyəti qadın və qızlardır ki, bunların da sayı 19 milyondur (72 faiz).
Məlumatda həmçinin vurğulanıb ki, seks köləliyinə daha çox qadınlar məcbur edilir (99 faiz). 152 milyon uşaq (5-17 yaş arası) kənd təsərrüfatında xidmət və istehsal sahəsində məcburi əməyin qurbanı olub. Ümumilikdə isə Afrika ölkələri uşaq köləliyində liderdir.
Qeyd edək ki, müasir köləlik dedikdə məcburi əməklə məşğul olmaq, borca işləmək, insan alveri, seksual istismar, həmçinin məcburi nikahlar nəzərdə tutulur.
Aytən Zəhra
AzVision.az