Tamaşaçılara raket atıldı - Rusiya isə bunu təkzib edir

Tamaşaçılara raket atıldı -  Rusiya isə bunu təkzib edir
  19 Sentyabr 2017    Oxunub:2169
Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığındakı Luqa poliqonunda “Qərb-2017” təlimləri zamanı “Ka-52” helikopterinin pilot ehtiyatsızlıqdan tamaşaçılara tərəf raket buraxıb.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “hava-yer” raketinin partlaması nəticəsində iki nəfər ağır yaralanıb, bir neçə avtomobil yanıb.

Rusiya Müdafiə Nazirliyi isə yayılan məluamtın əsassız olduğunu diqqətə çatırıb. Qeyd olunub ki, “Qərb-2017” təlimləri zamanı heç bir insident qeydə alınmayıb. Nazirlik yayılan məlumatları provakasiya kimi qiymətləndirib.

Rəsmi məlumatda deyilir ki, mətbuatda gedən məlumat başqa hərbi təlimdə qeydə alınıb. Belə ki, helikopter yer hədəfini avtomatik olaraq nişan alıb və atəş açıb. Nəticədə içərisində mülki şəxs olmayan avtomobilə ziyan dəyib.

Xatırladaq ki, sentyabrın 18-də Rusiya prezidenti Vladimir Putin Luqa poliqonunda olub. Onu müdafiə naziri Sergey Şoyqu müşayiət edib.



AzVision.az



Teqlər: Rusiya   Təlim  





Xəbər lenti