Hamilə xanımlar üçün təhsil pulsuz olsun! - Deputatdan təklif
Deputat dünyanın bir çox ölkələrində belə qadınların pulsuz təhsil aldığını xatırladıb:
“Həmin qadınlar ödənişli əsaslarla universitetə qəbul olsalar da, onlara ödənişsiz əsaslarla oxumaq üçün imkan yaradılır. Hesab edirəm ki, qadın tələbənin təhsil haqqı üçün gedib pul axtarması onun həm özünə, həm də bətnindəki körpəyə psixoloji təsir göstərir. Bu, həm də prezidentin demoqrafik siyasətinə böyük dəstək olar. Hesab edirəm ki, 2 yaşadək uşağı olan, onlara süd verən analara bu güzəşt verilə bilər. Bunun bir statistikası aparıla bilər və müəyyənləşdirilər ki, onların sayı az, ya çoxdur”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Musa-Quliyev Deputat Təhsil