Bakı Metropolitenində dəyişiklik

  13 Sentyabr 2013    Oxunub : 607
Bakı Metropolitenində dəyişiklik
Sentyabrın 16-dan Bakı Metropoliteninin qatarları payız cədvəli üzrə hərəkət edəcək.
AzVision.az Metropolitenin mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni cədvələ əsasən, “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasınadək və əks istiqamətdə, qatarlar arasında interval sərnişinlərin sıx olduğu saatlarda 2 dəqiqədir. “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində hərəkət edən qatarlarda bu müddət iki dəfə artıq - 4 dəqiqəyə bərabərdir.

Günün digər vaxtlarında qatarlar “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasınadək və əks istiqamətdə, sərnişin sıxlığından asılı olaraq, 2,5-3 dəqiqə intervalla hərəkət edir. Həmin vaxtlarda “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində və əksinə hərəkət edən qatarlar arasında interval, iki dəqiqə artıq, yəni, 5-6 dəqiqədir.

“Həzi Aslanov” stansiyasından gələn qatarlar arasında interval yalnız “Bakmil-N.Nərimanov” yol mənzili istiqamətində qatarların hərəkət müddəti bəzi hallarda daha çox olur. Bu, həmin qatarların metropoliten xətlərinin vahid hərəkət cədvəlinə uyğun olaraq tətbiq edilir.

Əvvəlki illərdən fərqli olaraq, bu dəfə şənbə və bazar günlərində qatarların “Bakmil-N.Nərimanov” və əks istiqamətdə hərəkətində cüzi dəyişiklər edildiyi üçün şənbə və bazar günlərinin hərəkət cədvəli ayrı-ayrılıqda təqdim olunur.

Yeni hərəkət qrafikinin müddəti 2014-cü il ilin iyul ayınadəkdir.
“N.Nərimanov” stansiyasından “Bakmil” stansiyasına və əks istiqamətdə yeni qrafik üzrə qatarların hərəkət cədvəli sentyabrın 16-dan “metro.gov.az” saytının xüsusi banner-bölməsində yerləşdiriləcək.

AzVision.az

Teqlər: