Bakı rusiyalı turistlər üçün populyar şəhərdir

  20 Sentyabr 2017    Oxunub : 763
Bakı rusiyalı turistlər üçün populyar şəhərdir

“TurStat” analitik agentliyi 2017-ci ilin payızında səyahətlər üçün turistlər arasında populyar olan MDB şəhərlərini müəyyən edib. Azərbaycanın paytaxtı populyarlığına görə MDB məkanının ilk üç şəhəri sırasında yer alıb.

AzVision.az agentliyin saytına istinadla xəbər verir ki, Bakı Minsk, Astana, Almatı, Daşkənd, Aşqabad, Kiyev kimi şəhərlərlə bərabər, bu ilin payızında turistlər arasında populyar olan ilk on şəhərdən biri sayılıb. Reytinq otellərdə turistlər üçün nömrələrin onlayn rejimdə sifariş edilməsi sisteminin məlumatlarının təhlilinin nəticələri əsasında tərtib edilib.

“TusStat”ın məlumatına görə, payızda turistlər Bakıya, orta hesabla, üç gün müddətinə gəlirlər və yaşamaq üçün gündə 78 dollar xərcləyirlər. MDB-nin ən ucuz şəhərləri Bişkek və Kişineu, ən bahalı şəhəri Astanadır.

AzVision.az

Teqlər: Bakı   turist