“Polşanın Qarabağla bağlı mövqeyi dəyişməyib” - Prezident

“Polşanın Qarabağla bağlı mövqeyi dəyişməyib” - Prezident
  20 Sentyabr 2017    Oxunub:2223
“Polşanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində mövqeyi dəyişməyib”.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanla görüşü zamanı deyib.
“Biz əminik ki, problem yalnız sülh yolu ilə, beynəlxalq hüquq əsasında həll olunmalıdır” ,- Duda deyib.

Ermənistan prezidenti Serj Sarkisyan isə Dağlıq Qarbağ probleminin nizamlanmasında ATƏT-in Minsk qrupunun həmsədrləri və Avropa İttifaqının balanslaşdırılmış mövqeyinin əhəmiyyətini vurğulayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Polşa   Dağlıq-Qarabağ  





Xəbər lenti