Oğurluq edən erməni hərbçi həbs edilib

  20 Sentyabr 2017    Oxunub : 1268
Oğurluq edən erməni hərbçi həbs edilib

Ermənistanda müddətli hərbi qulluqçuların benzin oğurluğu ifşa olunub.

AzVision.az erməni KİV-lərinə xəbər verir ki, Tavuş vilayətinin Noyemberyan şəhərində dislokasiya olunan sərhədyanı hərbi hissənin müqaviləli hərbi qulluqçusu Nver Şahnazaryana qarşı oğurluq maddəsi ilə ittiham irəli sürülüb.

İttiham aktına əsasən Şahnazaryan 2016-cı ildə hərbçi yoldaşları Vardan Sarkisyan və Qevorq Arşakyanla birgə hərbi hissənin qeydiyyatında olan avtomobillərdən birinin yanacaq çənindən 20 litr benzini oğurlayıb. Şahnazaryan oğurluq etdiyi vaxt saxlanılıb.

Alpər Mövludoğlu
AzVision.az

Teqlər: Ermənistan