Azərbaycanın dini liderləri Brüsselə səfər edəcək
Aİ rəsmisi qeyd edib ki, səfərdə 7 dini konfessiya lideri iştirak edəcək. Səfər 25-28 sentyabrda baş tutacaq.
"Görüşlər iki gün çəkəcək. Birinci görüş Aİ institutlarında, ikinci görüş NATO və Avropa Parlamentində olacaq. Azərbaycan dini tolerantlığı və dərin ənənələri ilə məşhur ölkədir. Bu dəyərlər bizim üçün çox vacibdir. Biz bu sahədə əlaqələri inkişaf etdirmək istəyirik. Mən inanıram ki, səfər bu istiqamətdə müsbət rol oynayacaq".
Edar Tanrıverdiyev
AzVision.az
Teqlər: Aİ