Meksikada ölü sayı 230-a çatıb

  21 Sentyabr 2017    Oxunub : 567
Meksikada ölü sayı 230-a çatıb

Meksikada baş verən zəlzələ nəticəsində sayı 230 nəfərə çatıb.

AzVision.az "TASS"-a istinadən xəbər verir ki, bunu Meksikanın mülki müdafiə qüvvələrinin milli koordinatoru Luis Felipe Puente bildirib.

O, "Twitter" səhifəsində qeyd edib ki, 230 nəfər güclü zəlzələnin qurbanı olub: "Mexikoda ölənlərin sayı 100-ə qədər artıb. Ümumi say 230 nəfərdir".

Qeyd edək ki, ötən gecə Meksikada 7,1 bal gücündə güclü zəlzə baş verib.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Meksika   Zəlzələ