Erməni deputatlar Bakıya Tiflisdən gələcəklər - Yenilənib

Erməni deputatlar Bakıya Tiflisdən gələcəklər - Yenilənib
  21 Sentyabr 2017    Oxunub:14104
Erməni deputatların Bakıya hansı yolla gələcəyi məlum olub.
AzVision.az Armtimes.com-a istinadən xəbər verir ki, Armen Aşotyan və Mane Tandilyan Bakıya Gürcüstanın paytaxtı Tiflisdən gələcək.

Erməni nümayəndə heyətinin Azərbaycana səfəri sentyabrın 23-də başa çatacaq. Nümayəndə heyətinin tərkibində Armen Aşotyanın köməkçisi Aram Barseğyan da yer alacaq.

Erməni KİV xəbər verir ki, nümayəndə heyətinin təhlükəsizliyinə rəsmi Bakı zəmanət verib.

***

Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan bu gün Bakıya gələcək.

AzVision.az xəbər verir ki, erməni deputatlar Bakıda keçiriləcək “Avronest” Parlament Assambleyasının iclasında iştirak edəcəklər.

Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Fuad Muradov məlumatı təsdiqləyib. Bildirib ki, sentyabrın 22-ə planlaşdırılan iclasda erməni deputatların iştirakı təsdiqlənib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Avronest  





Xəbər lenti