Putin Türkiyəyə gedir

Putin Türkiyəyə gedir
  21 Sentyabr 2017    Oxunub:2001
Rusiya prezidenti Vladimir Putin sentyabrın 28-i Türkiyəyə səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə KİV diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata əsasən, Putin və Ərdoğanın görüşü zamanı Suriyada Rusiya, Türkiyə və İranın birgə qərarı ilə yaradılan münaqişəsiz bölgələrdəki vəziyyəti, Türkiyənin Rusiyadan aldığı “S-400” raket kompleksinin tədarükü, İraqın şimalında keçiriləcək “referendum”, ikitərəfli iqtisadi-ticarət əlaqələr müzakirə ediləcək.

Tərəflər görüş zamanı, həmçinin “Türk axını” və “Akkuyu” Atom elektrik Stansiyasının tikintisinə dair fikir mübadiləsi aparacaqlar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkiyə   Putin   Ərdoğan  





Xəbər lenti