Bu il yol qəzalarında 754 nəfər həlak olub

Bu il yol qəzalarında 754 nəfər həlak olub
  14 Sentyabr 2013    Oxunub:994
Bu il Azərbaycanda baş verən yol qəzalarında 754 nəfər dünyasını dəyişib.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, cari ilin yanvar ayının 1-dən avqustun 31-dək respublika ərazisində min 897 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələrdə 754 nəfər ölüb, 2044 nəfər isə xəsarət alıb. Təkcə avqust ayı ərzində respublikada 289 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 118 nəfər dünyasını dəyişib, 308 nəfər xəsarət alıb.


Teqlər:





Xəbər lenti