Ermənilər Sarkisyana qarşı üsyana hazırlaşır

  21 Sentyabr 2017    Oxunub : 941
Ermənilər Sarkisyana qarşı üsyana hazırlaşır

Ermənistan vətəndaşları arasında xalq üsyanına hazırlıq gedir.

AzVision.azxəbər verir ki, bu barədə müxalif “Yerkir Tsirani” partiyasının sədri Zaruhi Postancyan bildirib.

ErmənistanQarabağda, həmçinin bütün dünyada ermənilərin yaşadığı şəhərləri əhatə edən ümumerməni üsyanı günü elan olunmalıdır. Biz bu cür fəaliyyət vasitəsilə hakimiyyətə etimadsızlıq göstərir və onu inkar edirik” – Postancyan deyib.

Hazırki prezident Serj Sarkisyanın baş nazir vəzifəsində qalması haqda fikirlərə gəlincə, Postancyan qeyd edib. “Bizim üçün vacib deyil, baş nazir Sarkisyandır, yoxsa Karen Karapetyan. Ya da Respublikaçılar partiyasından Tiqran adlı bir şəxs. Bizim üçün vacib olan 25 il ərzində fəaliyyətdə olan rəhbərlərin idarəetmədə olmamasıdır.

Hesab edirik ki, adlar dəyişdikdə heç nə dəyişməyəcək. Gərək bütün idarəetmə sistemini sökək və yerində yeni sistem yaradılsın”.

Alpər Mövludoğlu
AzVision.az

Teqlər: Ermənistan   Üsyan