Zəlzələdə ölənlərin sayı 246 nəfərə çatıb

Zəlzələdə ölənlərin sayı 246 nəfərə çatıb
  21 Sentyabr 2017    Oxunub:1465
Meksika bu ilin sentyabrında yüzlərlə ölü, yaralı və küllü miqdarda dağıntı ilə nəticələnən iki zəlzələ ilə üzləşib.
Meksika səfirliyindən bildirilib ki, bu ölkənin tarixində ən güclü zəlzələ sentyabrın 7-də baş verib və onun gücü Rixter şkalası ilə 8,2 bal təşkil edib. Həmin zəlzələ ölkənin cənubunda yerləşən Çiapas və Oaxaka ştatlarında 97 nəfərin ölümünə və böyük dağıntılara səbəb olub.

Sentyabrın 19-da isə ölkədə 7,1 bal gücündə ikinci güclü zəlzələ baş verib. Bu zəlzələ Respublikanın yeddi ştatında hiss edilib. Zəlzələdən ziyan çəkmiş ştatların təqdim etdiyi son rəsmi məlumatlara əsasən, təbii fəlakət nəticəsində 246 insan həlak olub, Mexiko şəhərində 38 bina dağılıb və yeddi ştatda çoxsaylı dağıntılar qeydə alıb. İkinci zəlzələnin episentri Mexiko şəhərindən 120 kilometr məsafəsində yerləşdiyindən ölkə paytaxtında təkanlar güclü şəkildə hiss olunub. Yerin titrəyişi paytaxt sakinləri vahiməyə salıb. Belə ki, təkanlar 1985-ci ilin sentyabrın 19-da baş vermiş və minlərlə insan tələfatına gətirib çıxarmış zəlzələ qurbanlarının xatirəsini anmaq üçün meksikalıların küçələrdə toplanşmasından iki saat sonraya təsadüf edib.

Respublika Prezidenti Enrike Penya Nietonun tapşırığı ilə silahlı qüvvələr dağıntılar altında sağ qalanların xilas edilməsində yerli hakimiyyət orqanlarının köməyinə göndərilib. Eyni zamanda, sentyabrın 7-də zəlzələ nəticəsində ziyan çəkmiş Çiapas və Oaxaka əhalisinə yardımın davamlı şəkildə göstərilməsinə dair təlimat verilib.

AzVision.az


Teqlər: Meksika   Zəlzələ  





Xəbər lenti