Parisdə erməni təxribatının qarşısı alınıb - FOTOLAR

Parisdə erməni təxribatının qarşısı alınıb - FOTOLAR
  22 Sentyabr 2017    Oxunub:2825
Bu gün Fransanın paytaxtı Parisdə başlayan Beynəlxalq Qastronomiya Festivalında Azərbaycan da təmsil olunur. Sena çayı sahilində qurulmuş və üç gün davam edəcək tədbirdə 40 ölkə iştirak edir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Beynəlxalq Qastronomiya Günlərində azərbaycanlıları təmsil edən Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi və Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva bildirib ki, tədbirə hazırlıq işləri zamanı ermənilər növbəti dəfə təxribata əl atıb.



Belə ki, şəhərcikdə qurulan Ermənistan çadırında bu ölkə ilə yanaşı, Dağlıq Qarabağ separatçılarının bayrağı da asılıb. Lakin Azərbaycan diaspor rəhbərinin məsələyə müdaxiləsindən sonra təxribatın qarşısı alınıb və sözügedən bayraq endirilib.



Qeyd edək ki, Beynəlxalq Qastronomiya Günlərində Paris sakinləri, o cümlədən dünyanın müxtəlif bölgələrindən gəlmiş turistlər Azərbaycan çadırında zəngin mədəni irsimizdən nümunələrlə tanış ola biləcəklər. Tədbirdə Azərbaycan mətbəxindən isti yeməklər, şirniyyatlar, içkilər sərgilənəcək, onların dequstasiyası və satışı təşkil olunacaq. Bununla yanaşı süfrə mədəniyyəti, tariximizi əks etdirən əl işləri, milli sənətkarlıq nümunələri, geyim və bəzək əşyaları nümayişi olunacaq və musiqilərimiz səsləndiriləcək.



AzVision.az


Teqlər: Paris   Erməni-təxribatı  





Xəbər lenti