Kəlbəcər girovunun oğlu Varşavada etiraz aksiyası keçirdi - FOTOLAR

Kəlbəcər girovunun oğlu Varşavada etiraz aksiyası keçirdi - FOTOLAR
  22 Sentyabr 2017    Oxunub:6332
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Ermənistanın Polşadakı səfirliyinin önündə etiraz aksiyası keçirib.

AzVision.az-ın məlumatına görə, K.Əsgərov səfirliyin önündə atası Dilqəm Əsgərov və Şahbaz Quliyevin fotolarını əlində tutaraq, onlara azadlıq tələb edib.
Girovun oğlu, həmçinin Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsi faktını da şüar kimi səsləndirib.

Varşavada yaşayan azərbaycanlı gənclər K. Əsgərovun haqq səsinə dəstək veriblər.

Qeyd edək ki, K.Əsgərov Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun (ADİHİ) rəhbəri Əhməd Şahidovun dəstəyi ilə ATƏT-in Varşavada keçirilən Sammitində iştirak edib.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Ermənistanın işğalı altında olan Azərbaycan ərazisi Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyevlə bağlı qanunsuz məhkəmə prosesi aparılıb. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.













Hafiz Əhmədov
AzVision.az







Teqlər: Kəlbəcər-girovu   Varşava   Etiraz   Aksiya  





Xəbər lenti