Erməni deputat Bakıda Qarabağa görə xahiş etdi

Erməni deputat Bakıda Qarabağa görə xahiş etdi
  22 Sentyabr 2017    Oxunub:18633
“Xahiş edirəm, bu konfransda Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyək”

AzVision.az xəbər verir ki, bu sözləri “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda Milli Məclisdə keçirilən konfransda iştirak edən erməni deputat Armen Aşotyan deyib.
O bildirib ki, münaqişələrdə bütün tərəflər əziyyət çəkir: “Burada deyə bilmərik ki, bir tərəf əziyyət çəkir. Biz çalışmalıyıq ki, məsələyə insan hüquqları çərçivəsində baxaq. Siyasi etnik tərəfləri qırağa qoyaq. Ermənilərə qarşı nifrət və ədavət zəhərini azərbaycanlıların ürəyinə salmayaq. Ermənifobiya streotipini aradan qaldırmalıyıq”.

Təhsil nazirinin müavini Ceyhun Bayramov erməni deputata cavab verib. O, bildirib ki, Azərbaycanda dərc edilən bütün dərsliklərdə xalqlararası dözümsüzlük, millətlər arası nifaq və bu tipli yanaşmalara dövlət səviyyəsində yol verilmir.

“Erməni xalqına qarşı nifaq və dözümsüzlük faktları Azərbaycan təhsil sistemində tədris olunmur. Erməni dövlətinin təcavüzkar siyasəti və torpaqların işğal faktından və 1 milyondan çox insanın yurdlarından qaçqın və məcburi köçkün düşməsindən, BMT-nin 4 qətnaməsindən danışırıqsa, bu tarixi faktdır. Azərbaycan vətəndaşları, gəncləri də tarixi həqiqətləri bilməlidir. Hesab edirik ki, bu məsələni köklü şəkildə başa düşməliyik”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Milli-Məclis   Ceyhun-Bayramov   Erməni-deputat  





Xəbər lenti