Lavrov ABŞ-da Nalbandyanla görüşüb

Lavrov ABŞ-da Nalbandyanla görüşüb
  22 Sentyabr 2017    Oxunub:1223
Sentyabrın 21-də Nyu-Yorkda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Rusiyanın XİN rəhbəri Sergey Lavrovla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı nazirlər Ermənistan və Rusiya prezidentləri arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi prosesini müzakirə edib, iki ölkə arasında müttəfiqlik münasibətlərinə dair bir sıra məsələlərə və BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyinə toxunublar.

Edvard Nalbandyan və Sergey Lavrov gələcəkdə planlaşdırılan yüksək səviyyəli qarşılıqlı səfərlər proqramının artırılmasının vacibliyini vurğulayıblar.

Şahin Qocayev
AzVision.az


Teqlər: Lavrov   ABŞ   Nalbandyan  





Xəbər lenti