“Şimali Koreya lideri ağlını itirib” - Tramp

“Şimali Koreya lideri ağlını itirib” - Tramp
  22 Sentyabr 2017    Oxunub:2210
ABŞ prezidenti Donald Tramp hesab edir ki, Şimali Koreya lideri Kim Çen In ağlını itirib.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri öz “Twitter” səhifəsində yazıb.

“Şimali Koreya lideri öz xalqının aclıqdan ölməsinə tamamilə sakit baxa bilən ağılsızdır”, - deyə Tramp qeyd edib.

ABŞ prezidenti vurğulayıb ki, Kim Çen In “misli görünməmiş çətinliklərlə” qarşılaşacaq.

Qeyd edək ki, Kim Çen In Trampı “ruhi xəstə” adlandıraraq təhdid etmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Tramp   Kim-Çen-In  





Xəbər lenti