İbrahimbəyov Milli Şura ilə yollarını ayırır?

İbrahimbəyov Milli Şura ilə yollarını ayırır?
  14 Sentyabr 2013    Oxunub:1036
75 yaşlı ziyalı oyundan kənara çəkildi
Milli Şura sədri Rüstəm İbrahimbəyovun London səfərini təxirə salaraq siyasi proseslərin işıq sürətilə cərəyan etdiyi bir vaxtda “bundan daha vacib işlərim var”-deyə verdiyi başdansovdu açıqlama onun müxalifətlə yollarının ayrıldığından xəbər verdi. İbrahimbəyov formal olaraq müxalif koalissiyaya rəhbərlik etsə də həll edici proseslərdə heç nə ilə fərqlənmədi. Əksinə, kinodramaturq Moskadan yalnız “quru bəyanatlar” verməklə Milli Şurada öz varlığını hiss etdirməyə çalışırdı.

İkili vətəndaşlığı olduğunu bildiyi halda vahid namizədlik yükünü öz üzərinə götürən İbrahimbəyov Milli Şuraya bəslənən ümidləri də doğrultmadı. Özünü müxalifətin xilaskarı kimi tarixə yazmağa çalışan kinodramaturq MSK-nın göstərdiyi “qırmızı kart”la oyundan kənar vəziyyətdə qaldı. MSK-nın qərarı ilə hər şey 360 dərəcə dəyişdi. Geriyə dönüş olmadığını görən 75 yaşlı ziyalı yarımçıq qoyduğu işi professor Cəmil Həsənliyə həvalə edərək oyundan kənara çəkildi.

İbrahimbəyovun siyasi səriştəşizliyi verdiyi vədlərə əməl etməməkdə açıq-aşkar sezilirdi.

Milli Şura sədri bu dəfə də sözünün üstündə durmadı. O dostlarını - Cəmil Həsənli və Eldar Namazovu okeanın o tayında tək qoyaraq söz verdiyi kimi Milli Şuranın London səfərinə qatılmadı. İbrahimbəyovun bu hərəkəti haqlı iradlara səbəb oldu. İbrahimbəyov bununla da başlamadığı yerdə siyasi kariyerasını başa vurmuş oldu.

Kinodramaturqun bu hərəkəti Milli Şura üzvlərin qəzəbinə səbəb oldu. Milli Şurada təmsil onunan bir çox müxalifətçiləri artıq İbrahimbəyovun sədrlikdən getməsinə çalışırlar.

AXCP Ali Məclisinin sədri Həsən Kərimov İbrahimbəyovun bu hərəkətindən təəsüf etdiyini bildirib. Modern.az-a çıqlamasında H.Kərimov İbrahimbəyovun addımımna haqq qazandırmaq istəmədiyini deyib: “İbrahimbəyovun Londona getməməyindən təəssüf edirəm. Gərək gedərdi”.

Müsavat Partiyası da İbrahimbəyovun Londona getməməsinə etiraz edib. Partiyanın başqan müavini Gülağa Aslanlı da İbrahimbəyovun səfərdən imtina etməsinin doğru olmadığını deyib: “Təbii ki, təəssüf edirik. Könül istərdi ki, İbrahimbəyov London səfərinə qatılmalı idi. Ümid edərm ki, İbrahimbəyov əvvəldən dediyi kimi, Cəmil Həsənlinin seçki kampaniyasına rəhbərlik etsin. İbrahimbəyov daha çox eldar namazovla təmasda olur, bizlə yox”.

Bütün bunlardan sonra İbrahimbəyova Milli Şura üzvlərinin ümidlə yanaşması inandırıcı görünmür. Beləliklə, İbrahimbəyov oyunu yolun sonuna gəldi.


Teqlər:





Xəbər lenti