Müxalifətin namizədi üçün 10 minə yaxın pul yığılıb

  13 Sentyabr 2013    Oxunub : 490
Müxalifətin namizədi üçün 10 minə yaxın pul yığılıb
Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçki fonduna yığılan ianələrin həcmi 10 min manata yaxındır.
AzVision.az xəbər verir ki, bu barədə AzNews.az-a C.Həsənlinin seçki qərargahının maliyyə məsələləri üzrə nümayəndəsi Kərimxan Zeynalov məlumat verib. O bildirib ki, dünən axşama olan son məlumata görə, C.Həsənlinin bank hesabında toplanan məbləğin həcmi 10 min manatdan bir qədər azdır.

K.Zeynalovun sözlərinə görə, hesaba yardımlar davam edir: “Sabah bankdan yenə məlumat alacağıq. Yəqin ki, artıq 10 min manat yığılıb”.

Qeyd edək ki, C.Həsənli üçün “1 manat” aksiyası keçirilir. C.Həsənlinin bank hesabı 20 gündən çoxdur açılıb.

Teqlər: