“Kim Çen Inın işini Obama bitirməli idi” - Tramp

  23 Sentyabr 2017    Oxunub : 655
“Kim Çen Inın işini Obama bitirməli idi” - Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, Şimali Koreya lideri Kim Çen Inın işini çoxdan bitirmək lazım idi.

AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti" məlumat yayıb.

“İnsan-raketin işini çoxdan işini bitirmək lazım idi”, - deyə amerikalı lider Alabama ştatında Respublikaçı namizədin xeyrinə keçirilən mitinq zamanı bildirib.

"Bunu hələ Bill Klinton və ya heç olmasa Barak Obama etməli idi, hələ mən respublikaçı prezidentlərdən danışmıram. Bu iş 15 il əvvəl həll olunmalı idi. Lakin mən bunu yoluna qoyacağam", - Tramp vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Kim Çen In Trampı “ruhi xəstə” adlandıraraq təhdid etmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Tramp   Kim-Çen-In