“Sarkisyanın ailəsi, nəvələri əziyyət çəkəcək...” - Müxalifət lideri

“Sarkisyanın ailəsi, nəvələri əziyyət çəkəcək...” - Müxalifət lideri
  23 Sentyabr 2017    Oxunub:2009
“Ermənistana şəxsi mülk kimi sahiblik etməyə heç bir şəxsin, heç bir partiyanın hüququ yoxdur”.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu “Jaranqutyun” (İrs) partiyasının sədri Raffi Ovannisyan bildirib.

“Biz müstəqil dövlətik. Saxta yolla qəbul edilmiş konstitutsiyaya əsasən respublikaçılar bu dövləti Serjin adına keçirəcək. Biz istəyirik ki, konstitutsiyamız xalqın maraqlarına xidmət etsin. Nəticə olaraq biz yenidənqurma, yenidən köklənmə mərhələsindəyik və hər kəsi bizim hər bir günümüzü mənalı etməyə çağırırıq” - Ovannisyan deyib.

Ovannisyan “İRS partiyası 2018-ci ilin aprel ayından sonra Serj Sarkisyanın baş nazir olmaması üçün nə edəcək” sualına belə cavab verib: “Əgər hakimiyyətini davam etdirsə, düşünürəm ki, bu, bütün Ermənistan və Sarkisyanın ailəsi, nəvələri üçün böyük səhv olar. İlk növbədə onun davamçıları əziyyət çəkəcək”.

Partiya liderinin sözlərinə görə, payızda və ya ilin sonunadək yeni bir formatın təklif edilməsi müzakirə olunur. Yeni format monarxiyanın davam etməməsinə kömək edə bilər.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti