Ermənistan ordusunun hərbçisi bıçaqlanıb

Ermənistan ordusunun hərbçisi bıçaqlanıb
  23 Sentyabr 2017    Oxunub:1700
Ötən gün saat 21:00-da Ermənistanın Vardenis qarnizon hospitalına yaralı şəxs daxil olub.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sinəsindən bıçaqlanan hərbçi Qegarkunik vilayətinin Akunk kəndinin sakini 31 yaşlı Edvard Xaçatryandır.

Polisin araşdırmasına görə, “Surp Vardan” (Müqəddəs Vardan) adlanan ərazinin yaxınlığında Akunk kənd sakinləri olan Edvard Xaçatryan, 35 yaşlı Edmon Xaçatryan, 40 yaşlı Edik Xaçatryan və 45 yaşlı Mher Papeyan arasında mübahisə olub. Mübahisə zamanı Mher Papeyan Edvard Xaçatryana bıçaq zərbələri endirib.

Məlumata görə, M. Papeyan “QeoProMayninq” QSC-nin əməkdaşı, Edvard Xaçatryan isə Ermənistanın Müdafiə Nazirliyinə məxsus "N" saylı hərbi hissənin hərbi qulluqçu, Edmon Xaçatryan Vardenis isə yanğından xilasetmə dəstəsində sürücüdür.

Alpər Mövlüdoğlu
AzVision.az


Teqlər: Ermənistan   Hərbçi   Bıçaqlanma  





Xəbər lenti