Ukraynada “nazir”ə sui-qəsd edildi

Ukraynada “nazir”ə sui-qəsd edildi
  23 Sentyabr 2017    Oxunub:1293
Ukraynanın Donetsk şəhərində qondarma “Donetsk Xalq Respublika”sının gəlirlər və yığımlar “naziri” Aleksandr Timofeyeva qarşı sui-qəsd təşkil olunub.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, separatçı nazirn vəziyyətinin ağır olduğu bildirilir.

“İki partlayış olub, Aleksandr Timofeyeva qarşı sui-qəsd olub. Onun vəziyyəti kirtikdir”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, səhər saatlarında Donetskin mərkəzində, sülh prospektində partlayış baş verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ukrayna   Partlayış  





Xəbər lenti