Ermənistanda baş nazirin səlahiyyətləri azaldılır

Ermənistanda baş nazirin səlahiyyətləri azaldılır
  23 Sentyabr 2017    Oxunub:1320
Ermənistan höküməti parlamentə “Müdafiə haqqında” yeni qanun layihəsini təqdim edib. Sözügedən qanun 28 noyabr 2008-ci ildə qəbul olunub və hələ də qüvvədədir.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hökümət hazırki qanuna əlavə və düzəlişlər etmək niyyətində deyil. Bu səbəbdən yeni qanun qəbul etmək barədə qərar verilib.

Yeni qanun layihəsində əsas məsələlərdən biri Ermənistanın müdafiəsinin təşkili istiqmətində səlahiyyətlərin bölüşdürülməsidir.

Yeni qanuna əsasən, Təhlükəsizlik Şurasına kifayət qədər ciddi səlahiyyətlər verilir, müdafiə və təhlükəsizlik sahəsində baş nazirin səlahiyyətləri azaldılır. Bu kimi dəyişikliklərin gələcək baş nazirn kimliyi nəzərə alınaraq həyata keçirildiyi istisna edilmir.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti