Erməni deputatlar Bakını gəzdilər - FOTOLAR

Erməni deputatlar Bakını gəzdilər - FOTOLAR
  23 Sentyabr 2017    Oxunub:24444
Azərbaycanda səfərdə olan erməni deputatlar Bakıda gəzintiyə çıxıblar.

AzVision.az-ın məlumatına görə, Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan şəhərin mərkəzi küçələrini gəzib, Qız qalasında olublar.
Nümayəndə heyəti paytaxtda yerləşən erməni kilsəsində də baş çəkib. Daha sonra restoranların birində nahar ediblər.







Qeyd edək ki, Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan Bakıda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gəliblər.

Rüstəm İsmayılov
AzVision.az


Teqlər: Erməni-deputatlar   Bakı  





Xəbər lenti