Milli Şura rəhbərliyi XİN-də olub

Milli Şura rəhbərliyi XİN-də olub
  14 Sentyabr 2013    Oxunub:1005
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli və İcra Aparatının rəhbəri Eldar Namazovun London səfəri davam edir.

Səfər çərçivəsində Milli Şura rəhbərliyi Britaniya Xarici İşlər Nazirliyində görüş keçiriblər.

Milli Şuranın London təmsilçisi Murad Həsənlinin sözlərinə görə, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, qarşıdan gələn prezident seçkiləri müzakirə edilib.

Murad Həsənli həmçinin bildirib ki, Cəmil Həsənli REAL hərəkatının lideri İlqar Məmmədovun prezidentliyə namizədliyinin qeydə alınmamasına təəssüf etdiyini deyib.(modern.az)


Teqlər:  





Xəbər lenti