Angela Merkel seçkidə qələbə qazandı

Angela Merkel seçkidə qələbə qazandı
  25 Sentyabr 2017    Oxunub:2262
Bu gün Almaniyada federal məclisə keçirilən seçkilər kansler Angela Merkelin başçılıq etdiyi Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı alyansının qələbəsilə başa çatıb.
"Anadolu" agentliyinin məlumatına görə, alyans seçkilərdə 32,5 faiz səs toplayıb. Onun əsas rəqibi Alman sosial-demokratları isə seçicilərin yalnız 20 faizinin dəstəyini qazana bilib.

Qeyd edək ki, seçkilərdə təxminən 61,5 milyon alman iştirak edib. Ümumilikdə isə 42 partiya mübarizə aparıb.

AzVision.az


Teqlər: Almaniya   Merkel  





Xəbər lenti