Ərdoğan Ruhaniyə zəng etdi - Kürdüstan müzakirəsi

Ərdoğan Ruhaniyə zəng etdi - Kürdüstan müzakirəsi
  25 Sentyabr 2017    Oxunub:1767
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezidentlər İraq kürdlərinin referendum qərarını və bölgədəki vəziyyəti müzakirə ediblər.

Dövlət başçıları referendumun təxirə salınmamasının bölgəyə xaos gətirəcəyinə diqqət çəkərək İraqın ərazi bütövlüyünün əhəmiyyətli olduğunu vurğulayıblar.

Telefon danışığında Ərdoğanın İrana planlaşdırılan səfərinə dair fikir mübadiləsi də aparılıb.

AzVision.az



Teqlər: Ərdoğan   Türkiyə   İran   Ruhani  





Xəbər lenti