Kəmaləddin Heydərov tapşırıqlarını verdi

  13 Sentyabr 2013    Oxunub : 556
Kəmaləddin Heydərov tapşırıqlarını verdi
Sentyabrın 13-də Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Zaqatala rayonunda nazirliyin Şimal-qərb Regional Mərkəzinin əhatə etdiyi Zaqatala, Qəbələ, Şəki, Balakən, Qax, Oğuz, İsmayıllı, Şamaxı, AğsuQobustan rayonlarının sakinlərinin qəbulunu keçirib.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nazir tərəfindən qəbul edilən 48 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, baş vermiş zəlzələ ilə bağlı 1200-dən artıq vətəndaş nazir müavinləri və aidiyyəti qurum rəhbərliyi, kadr məsələləri ilə bağlı 125, digər məsələlərlə bağlı müraciət etmiş 35 vətəndaş nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

Qeyd edək ki, bu gün nazir K.Heydərov zəlzələ bölgəsinə səfəri çərçivəsində zəlzələdən zərər çəkmiş Qax rayonundakı 300 yerlik Güllük kənd, Zaqatala rayonunun Suvagil kəndindəki 500 yerlik 1 saylı və Çobankol kəndindəki 220 yerlik tam orta məktəblərin açılışlarında iştirak edib, hər üç məktəbin müəllim və şagird kollektivlərini təbrik edib, onlara uğurlar arzulayıb.

Teqlər: