Türkiyədən Bərzaniyə son referendum xəbərdarlığı
“Referendumu izləyən dövrdə İraq daxilində milli təhlükəsizliyimizə yönələn hər cür təhdid qarşısında beynəlxalq hüquqdan və Türkiyə parlamentinin verdiyi səlahiyyətdən irəli gələn bütün tədbirləri görəcəyimizi vurğulayırıq. Biz beynəlxalq hüquqa və İraq Konstitusiyasına görə hər hansı qanuni əsas və legitimliyi olmayan təşəbbüsü qəbul etmirik.
Biz Türkiyənin və beynəlxalq ictimaiyyətin xəbərdarlıqlarına baxmayaraq, referendum keçirtməkdə israr edən və sadəcə İraqın deyil, bütün bölgənin sülh və sabitliyini təhlükəyə atan İraq Kürdüstanının bu təşəbbüsünü təəssüflə qarşılayırıq”.
Bəyanatda deyilir ki, bütün beynəlxalq ictimaiyyət, xüsusilə region ölkələri referendumun qarşısını almalıdır: “Məsud Bərzaninin qısamüddətli siyasi maraqların arxasınca qaçmaq yerinə, bütün İraq xalqının uzunmüddətli dincliyini və rifahını təmin edən siyasəti yürütməsi lazımdır. Bir daha vurğulayırıq ki, referendumla bağlı milli təhlükəsizliyimizə yönələcək hər cür təhlükələrə qarşı bütün tədbirləri görəcəyik”.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Türkiyə İraq Referendum