Mərakeş Kralı Beynəlxalq Ümid Koalisiyasının mükafatına layiq görülüb

Mərakeş Kralı Beynəlxalq Ümid Koalisiyasının mükafatına layiq görülüb
  25 Sentyabr 2017    Oxunub:1390
Mərakeş Kralı VI Məhəmməd Beynəlxalq Ümid Koalisiyasının xüsusi tanınma mükafatına layiq görülüb.
AzVision.azxəbər verir ki, Mərakeş Kralı VI Məhəmmədin tolerantlıq, mədəniyyətlərarası dialoq, birgə yaşayış üçün göstərdiyi səylər Qlobal Ümid Təhlükəsizliyi tərəfindən tanınıb və ona xüsusi mükafat verilib. Mükafat kralın qardaşına BMT Baş Assambleyası çərçivəsində keçirilən mərasim zamanı təqdim edilib.

Mərasimdə dövlət rəsmilərinin, BMT nümayəndələrinin, hüquq müdafiəçilərinin iştirakı ilə keçirilib.

Qlobal Ümid Koalisiyasının tədbirinə sədrlik edən UNESCO-nun baş direktoru İrina Bokova çıxış edib və o, iki ay əvvəl Mərakeş kralının dəvəti ilə ölkəyə səfər etdiyini bildirib.

O deyib ki, Qlobal Ümid Koalisiyası liderləri, özəl sektoru, hüquq müdafiəçilərini, dözümsüzlük və şiddətli ekstrimizmlə mübarizə aparanları bir yerə yığan təşəbbüskar təşkilatdır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Mərakeş  





Xəbər lenti