Dünyanın diqqəti İraqda - Bərzani səs verdi

Dünyanın diqqəti İraqda - Bərzani səs verdi
  25 Sentyabr 2017    Oxunub:5392
İraq Kürdüstanı Yerli Müxtariyyətinin rəhbəri Məsud Bərzani bu gün keçirilən müstəqillik referendumunda səs verib.
AzVision.az xəbər verir ki, səsvermə Ərbildə olan səsvermə məntəqələrinin birində baş tutub. O, jurnalistlərin suallarına cavab verməyib.

Qeyd edək ki, İraq hökuməti və parlamenti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M.Bərzani ilə görüşərək alternativ təklif irəli sürərək referendumu təxirə salmağa çağırıblar. M. Bərzani isə geri addım atmayacaqlarını deyib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: İraq   Kürdüstan   Referendum  





Xəbər lenti