ATƏT-in xüsusi nümayəndəsi Bakıya gəlib

ATƏT-in xüsusi nümayəndəsi Bakıya gəlib
  25 Sentyabr 2017    Oxunub:1927
ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana səfəri başlayıb.
AzVision.az-ın məlumatına görə, Bakıya səfəri zamanı Viqenin bir sıra rəsmi şəxslərlə görüşlər keçirəcək.

Müzakirələrin əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, həmçinin tərəflər arasında dialoqun qurulmasında parlamentarilərinin rolu olacaq.

Azərbaycandan sonra ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Gürcüstan və Ermənistana səfər edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ATƏT  





Xəbər lenti