Rusiyada 30 nəfəri yeyən hannibal ailə tutulub

Rusiyada 30 nəfəri yeyən hannibal ailə tutulub
  25 Sentyabr 2017    Oxunub:8649
Rusiyanın Krasnodar şəhərində polis hannibal ailəni saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Təhqiqat Komitəsi yayıb.

Qeyd olunub ki, ailə təsadüfən tapılıb. Belə ki, Krasnodar şəhərinin küçələrindən birində tapılmış mobil telefonda insan bədəninin hissələri ilə şəkil çəkdirmiş kişi və qadın fotoları aşkar edilib. Bundan başqa, telefonda tutulan ər-arvadın qətlə yetirdikləri insanların müxtəlif bədən üzvləri ilə selfi fotoları aşkarlanıb. Telefonun sahibi iki qətli etiraf edib. Şəkil çəkdirdiyi bədən hissələrinin sahibindən başqa, o, 2012-ci ildə daha bir nəfəri qətlə yetirdiyini bildirib.

Bildirilib ki, ailə 1999-cu ildən oğurladıqları insanları öldürüb yeyirmiş. Onların 30 qətl hadisəsi törətdikləri ehtimal olunur. Qatillər 7-30-dək qadın və kişini yeyib, hətta konservləşdiriblər.

AzVision.az



Teqlər: Rusiya   Hannibal  





Xəbər lenti