İran və Türkiyə qapılarını kürdlərin üzünə bağladı

İran və Türkiyə qapılarını kürdlərin üzünə bağladı
  25 Sentyabr 2017    Oxunub:2052
İran birtərəfli qaydada İraq Kürdüstanı ilə sərhədi bağlayıb.

AzVision.az “RİA Novosti2yə istinadən xəbər verir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi Bəhram Qasimi bildirib.
“Biz İraq hökumətindən gələn rəsmi sorğu əsasında İraq Kürdüstanı ilə sərhədlərimizi bağladıq. İraqın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik və bunun əksinə olan istənilən təşəbbüsün yanlış addım olduğunu düşünürük”, - deyə Qasimi vurğulayıb.

Bundan başqa Türkiyə də İraqla sərhəd qapısı olan “Haburu” sərhəd keçid məntəqəsini birtərəfli bağlayıb. Hazırda Şimali İraqdan Türkiyəyə giriş dayandırılıb. Türkiyədən İraqa yalnız TIR-ların girməsinə icazə verilir.

Qeyd edək ki, bu gün İraq Kürdüstanı müstəqillik qazanmaq üçün referendum keçirir. Səsvermə yerli vaxtla saat 08:00-da başlayıb. Referendumda 5 milyon 200 min seçicinin iştirak edəcəyi gözlənilir. Referendumla əlaqədar bölgədə vəziyyət kritik həddədir. Hazırda davam edən referendum bütün dünyada diqqətlə izlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İran   İraq   Kürdüstan   Türkiyə  





Xəbər lenti