“Prezident seçkilərində Putinə alternativ yoxdur” - Ramzan Kadırov

“Prezident seçkilərində Putinə alternativ yoxdur” - Ramzan Kadırov
  25 Sentyabr 2017    Oxunub:1688
Çeçenistan rəhbəri Ramzan Kadırov hesab edir ki, qarşıdan gələn prezident seçkilərində Vladimir Putinə alternativ yoxdur.

AzVision.az xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb.
“Bizim bir seçimimiz var – bu, Putindir. Bütün Rusiya xalqı 100% dəstəkləyəcək. Putin var, Rusiya var”, - deyə Kadırov “Çeçen xalqının da belə düşündüyünü” bildirib.

“Özünü ölkə prezidenti görmək istəyən digər şəxslərin vaxtı hələ çatmayıb. Bugünkü Rusiyaya Putin rəhbərlik etməli və rus xalqını öz arxasınca aparmalıdır”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Çeçenistan   Putin   Rusiya  





Xəbər lenti